Sosial media uşaqlarda depressiyaya səbəb olur


Digərləri 15 Fev 2018 21:35:00 274 0

Sosial media uşaqlarda depressiyaya səbəb olur

Rangan Chatterjee həkimdir və dediyinə görə, gənclərin sosial mediadan istifadə etməsi ilə onların psixi sağlamlığı arasında əlaqənin olduğuna dair xeyli sübutun şahidi olub.

16 yaşlı bir oğlan özünə xəsarət yetirəndən sonra təcili tibbi yardım xidməti həmin oğlanı həkim Chatterjee-nin yanına gətirir.

"Əvvəlcə ona antidepressant dərmanı vermək istədim, amma söhbətləşəndən sonra anladım ki, ona mənfi təsir göstərən sosial media olub", - doktor deyir.

Rangan Chatterjee-nin təklif etdiyi müalicə üsulu sadə oldu - o, yeniyetməyə sosial mediada 1 saatdan artıq vaxt keçirməməyi tövsiyə etdi.

Bir neçə həftən sonra isə həkim bu müddəti səhər 2 saat və axşam 2 saatadək artırmağa icazə verdi.

"Həmin oğlan durumunun xeyli yaxşılaşdığını bildirdi, altı aydan sonra isə onun anasından məktub gəldi ki, oğlu özünü artıq yaxşı hiss edir", - həkim deyir.

Bu və buna bənzər digər hallar onu, gənclərin həyatına sosial medianın təsiri barədə düşünməyə məcbur etdi.

Həkimin gəldiyi qənaət budur ki, "sosial media gənclərin psixi sağlamlığına mənfi təsir göstərir".

O, bu fikrində tək deyil.