Bir gecədə 9 avtomobil qarət olundu VİDEO


Digərləri 15 Fev 2018 21:17:00 327 0

Bir gecədə 9 avtomobil qarət olundu  VİDEO

Bakıda bir gecədə 9 avtomobil qarət edilib. Naməlum şəxs və ya şəxslər küçədə park edilən nəqliyyat vasitələrinin şüşələrini qıraraq içindən pul, mobil telefon və avtomobil aksesuarları oğurlayaraq vətəndaşlara külli miqdarda ziyan vurublar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, avtomobillərin yan şüşələrini qıraraq, əllərinə keçən qiymətli əşyaları götrürüb qaçıblar.

Hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Yaşar Əliyev küçəsində yaşayan sakinlər səhərə yaxın xəbər tutublar ki, küçədə park etdikləri avtomobilləri qarət edilib. Zərərçəkmiş Pərviz Ələsgərovun sözlərinə görə, hadisə barədə onlara gecə işdən gələn qonşusu məlumat verib.

Zərərəçəkmişlərin sözlərinə görə, cinayətkarlardan biri yaxınlıqdakı müşahidə kamerasına düşüb. Papaqda olduğundan onun üz hissəsi tam aydın görünmür. Zərərçəkmişlər iddia edirlər ki, onlara ümumilikdə təxminən 5 min manata yaxın ziyan dəyib.


Xəbərə aid video