Qida Təhlükəsizliyi Agentliyində


Digərləri 15 Fev 2018 15:40:00 296 0

Qida Təhlükəsizliyi Agentliyində

Prezident İlham Əliyev 14 fevral sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edib.

Son.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.