Suriyada silah anbarında partlayış olub, Rusiyanın 15 muzdlu döyüşçücü ölüb KİV


Dünya 15 Fev 2018 15:19:00 309 0

Suriyada silah anbarında partlayış olub, Rusiyanın 15 muzdlu döyüşçücü ölüb  KİV

Suriyada silah-sursat anbarının partlaması nəticəsində Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb.

Son.az report-a istinadən bildirir ki, hadisə Deyr-əz-Zor əyalətinin şimal-şərqində yerləşən Tabii Caziredə baş verib.

Qəzet yazıb ki, rusiyalı muzdlu döyüşçülər Bəşər Əsədə sadiq qoşunların ölkənin neft və təbii qaz yataqları istiqamətində hərkətinin müşaiyət edirmişlər. Qoşunlar həmin əraziyə çatdıqdan sonra silah anbarında partlayış olub.