Türkiyənin müxalifət partiyasının lideri əməliyyat olunub


Dünya 15 Fev 2018 14:19:36 249 0

Türkiyənin müxalifət partiyasının lideri əməliyyat olunub

Həkimlər əməliyyatın uğurla başa çatdığını və partiya sədrinin özünü yaxşı hiss etdiyini bildiriblər

Türkiyənin əsas müxalifət partiyası olan Cümhurriyyət Xalq Partiyasının sədri, deputat Kamal Kılıcdaroğlu cərrahiyyə əməliyyatı olunub.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, o, fevralın 15-də prostat əməliyyatı keçirib.

Həkimlər əməliyyatın uğurla başa çatdığını və partiya sədrinin özünü yaxşı hiss etdiyini bildiriblər. 

K.Kılıcdaroğlu tezliklə evə buraxlıacaq.