Minik və yük avtomobilləri toqquşdu


Digərləri 15 Fev 2018 14:17:37 233 0

Minik və yük avtomobilləri toqquşdu

Ağdaş rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində qeydə alınıb.

Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Əsədov Ramal Niyaz oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan "Ford" markalı yük avtomobili ilə toqquşub.