DİN seçkilərlə bağlı Tədbirlər Planı hazırlayıb


Digərləri 15 Fev 2018 13:01:00 288 0

DİN seçkilərlə bağlı Tədbirlər Planı hazırlayıb

Azərbaycanda seçkilərin təhlükəsizlik şəraitində keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanaraq yerlərə göndərilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, seçkilərin sabitlik və təhlükəsiz şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir.

Nazir müavini bildirib ki, Azərbaycanda sabitlik xalqın iqtidara olan inamının nəticəsidir: "Bu gün Azərbaycan dünyada ən sabit ölkələrdən biridir. Seçkilərin ölkə qanunvericiliynə uyğun olaraq və təhlükəsizlik, ictimai sabitlik şəraitində keçirilməsi üçün Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib".

O.Zalov vurğulayıb ki, təşviqat kampaniyası zamanı namizədlərin təhlükəsizliyi tam təmin olunacaq: "Səsvermə günü seçki məntəqələri polis nəzarətinə götürüləcək və təhlükəsizlik tam təmin olunacaq. Xarici nümayəndələrin təhlükəsizliyinin təmin edilməsi üçün post-patrul xidmətlərinin dislokasiyasında dəyişiklik nəzərdə tutulur".