Azər Cəfərov: Azərbaycanda məhkumların seçki hüquqlarının təmini ilə bağlı çox mütərəqqi qanunvericilik mövcuddur


Digərləri 15 Fev 2018 12:21:00 209 0

Azər Cəfərov: Azərbaycanda məhkumların seçki hüquqlarının təmini ilə bağlı çox mütərəqqi qanunvericilik mövcuddur

"Azərbaycanda penitensiar müəssisələrdə insanların səsvermə hüququnun təmin olunması ilə bağlı ədliyyə orqanlarının üzərinə mühüm vəzifə düşür".

Bakı. Elçin Mehdiyev – "Azərbaycanda penitensiar müəssisələrdə insanların səsvermə hüququnun təmin olunması ilə bağlı ədliyyə orqanlarının üzərinə mühüm vəzifə düşür". Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. A.Cəfərov bildirib ki, Azərbaycanda istintaq təcridxanalarında, həbsxanalarda saxlanılan məhkumların seçki hüquqlarının təmin olunması ilə bağlı çox mütərəqqi qanunvericilik bazası mövcuddur.