BANMda “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq


Digərləri 15 Fev 2018 11:09:00 257 0

BANMda “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq

Bu gün informasiya texnologiyalarının sürətli inkişafına və informasiyaya əlçatımlığın asanlaşmasına paralel olaraq, bu sahəyə edilən qanunsuz müdaxilələrin də sayı artmaqdadır. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, mütərəqqi fiber-optik kommunikasiya infrastrukturlarının qurulduğu Azərbaycanda informasiya təhlükəsizliyi böyük əhəmiyyət daşıyır.

Son.az xəbər verir ki, dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Bu baxımdan, informasiya sisteminin güvənliyini, sistemə bağlı informasiya ehtiyatlarının və eyni zamanda bu texnologiyalardan istifadə edən istifadəçiləri hədəfə alan, yenə də informasiya texnologiyalarından istifadə edilərək həyata keçirilən kibercinayətlərə qarşı effektiv mübarizə aparılması üçün bu sahədə peşəkar mütəxəssislərə böyük təlabat yaranmışdır.

Bütün bu faktorları nəzərə alan Bakı Ali Neft Məktəbi (BANM) "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə mütəxəssis hazırlamağı planlaşdırır. Qeyd edək ki, artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb.