13 yaşlı qızın üstünə qaynar su töküldü - Vəziyyəti?


Digərləri 15 Fev 2018 09:53:00 241 0

13 yaşlı qızın üstünə qaynar su töküldü - Vəziyyəti?

Tovuzda 13 yaşlı qız evlərində qaynar suda yanıb.

Bakı. Samir Əli - Tovuzda 13 yaşlı qız evlərində qaynar suda yanıb. Trend-in məlumatına görə, hadisə rayonun Vahidli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Abdullayeva Taclıbəyim Elbrus qızı yaşadığı evdə ehtiyatsızlıq edib və nəticədə qaynar su qazanı üstünə aşıb.