Ali təhsil müəssisələrinə qəbul üzrə I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edilib


Digərləri 15 Fev 2018 08:38:00 260 0

Ali təhsil müəssisələrinə qəbul üzrə I, II, IV və V ixtisas qruplarına yeni ixtisaslar əlavə edilib

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası ləğv edilib

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edib.

Son.az "Report"a istinadən bildirir ki, qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən edilən dəyişikliklərə görə, qaydaların 1 nömrəli əlavəsində "İxtisas qrupları və ixtisaslar" üzrə I ixtisas qrupu sütununda "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası ləğv edilib.

Əvəzində I ixtisas qrupu sütununa aşağıdakı məzmunda 79-84-cü hissələr əlavə edilib:

79. İnformasiya texnologiyaları

80. Sistem mühəndisliyi

81. Sənaye mühəndisliyi

82. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

83. Şəhərsalma

84. Şərabçılıq.

II ixtisas qrupu sütununa isə aşağıdakı məzmunda 21-ci və 22-ci hissələr əlavə edilib:

21. Davamlı inkişafın idarə edilməsi