Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələr dayandırıldı


Digərləri 15 Fev 2018 07:40:58 309 0

Yeni orfoqrafiya qaydaları ilə bağlı müzakirələr dayandırıldı

Yeni hazırlanan "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə bağlı müzakirələr dünəndən etibarən dayandırılıb.

Bakı. İlhamə İsabalayeva – Yeni hazırlanan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi ilə bağlı müzakirələr dünəndən etibarən dayandırılıb. Bunu Trend-ə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, müzakirələrin dayanmasına baxmayaraq, yeni qaydalarla bağlı işçi qrupa təkliflər daxil ola bilər. İndiyədək komissiyaya 300-dən çox təklif daxil olub.