"O yeniyetmələrə təcili psixoloji dəstək göstərilməlidi" PSİXOLOQ MƏKTƏBDƏKİ OLAYDAN YAZIR


Digərləri 14 Fev 2018 23:39:00 330 0

"O yeniyetmələrə təcili psixoloji dəstək göstərilməlidi"  PSİXOLOQ MƏKTƏBDƏKİ OLAYDAN YAZIR

Son.az ailem.az-a istinadən E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun məqaləsini təqdim edir. Psixoloq bir neçə gün öncə 132-134 saylı məktəbdə məktəblilərin cinsi münasibətdə olmasına münasibət bildirib.

Səndən mənə bir ömürlük xatir 

Gəlmişəm otağına, 

Oyadam səni, Qaragilə.

Misra Təbrizdə bir bəy tərəfindən bir xanıma bəslənən nakam sevgidən bəhs edən xalq mahnısındandı. Mahnının yaranma tarixi ilə maraqlanmaq istəyənlər elə internet üzərindən axtarış verib, daha geniş məlumat ala bilərlər. Bizim mövzumuz tamam başqadı. Bəli, son günlər müzakirə obyekti olan orta məktəb, orada yaşanan hadisə və hadisədən narahat olan məktəblilər, onlardan daha çox narahat olan valideynlər, müəllimlər, daha kimlər. Əlbəttə, ürəkaçan mənzərə olmadı, ancaq baş verdi. Ya vəlvələdən, ya zəlzələdən yaxalandılar, məsələ də ictimailəşdi. Deyir sən saydığını say, gör fələk nə sayır.

"Uşaqlar ata-analarında çox zəmanəyə bənzəyərlər" - HZ. Əli