Bakıda köməksiz qalan 1 nəfər xilas edilib
Digərləri 14 Fev 2018 21:46:56 241 0
Paytaxtın Yasamal rayonunda köməksiz qalan 1 nəfər xilas edilib
Bakı.
Paytaxtın Yasamal rayonunda köməksiz qalan 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.
Mənbə: az.trend.az