Flora Kərimova illər sonra sirləri açdı: "Tabut dalınca gedib ailə qurmuşam" FOTO


Şou-biznes 14 Fev 2018 21:00:00 366 0

Flora Kərimova illər sonra sirləri açdı: "Tabut dalınca gedib ailə qurmuşam"  FOTO

Xalq artisti Flora Kərimova ailə həyatından danışıb.

Son.az-a açıqlama verən sənətkar ailənin qadın üçün vacibliyini vurğulayıb.

"Elə-belə ailə həyatı qurmamışam, mənə görə mübarizə aparıblar. Məni ailə qurmağa məcbur ediblər. Yanılmamışam da. Onlar mənə həyat yoldaşları yox, yol yoldaşları olub. Düşündüyüm, arzuladığım insanların həyat yoldaşı olmuşam. Harınlıqdan yox, tabut dalınca gedib ailə qurmuşam. Qadın ailəsi olmayanda yiyəsiz olur. Nə qədər qüdrətli olursan ol, sənin arxanda həyat yoldaşın yoxdursa, qadın dəyərini itirir. Çünki cəmiyyət ona basqı edir. Mən həyat yoldaşı kimi xoşbəxt olmuşam, amma qadın olaraq bunu deyə bilmərəm", - xalq artisti bildirib.


Xəbərə aid fotolar