Maşın bazarında QİYMƏTLƏR dəyişdi - Avtomobillər ucuzlaşıb


Digərləri 14 Fev 2018 20:02:13 234 0

Maşın bazarında QİYMƏTLƏR dəyişdi -
Avtomobillər ucuzlaşıb

Yanvar ayında Bakıda maşın bazarında qiymətlərin azalması müşahidə olunub.

Bakı. Elçin Mehdiyev - Yanvar ayında Bakıda maşın bazarında qiymətlərin azalması müşahidə olunub. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. R.Osmanlı bildirib ki, 2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 6.5 faiz azaldı. Ümumilikdə isə son dövrlərdə avtomobil bazarında qiymətlərin artması müşahidə olunmaqdadır: