Paytaxtın bu hissəsində su kəsiləcək


Digərləri 14 Fev 2018 17:35:00 280 0

Paytaxtın bu hissəsində su kəsiləcək

Sabah Bakının Nərimanov rayonunun bir hissəsində su məhdudiyyətlə veriləcək.

"Azərsu" ASC-dən Son.az-a verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Təbriz küçəsi boyu ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.