3,5 milyon suriyalı Türkiyədə


Digərləri 14 Fev 2018 17:39:00 246 0

3,5 milyon suriyalı Türkiyədə

Türkiyədən Yunanıstana keçmək istəyən miqrantların olduğu rezin qayıq Egey dənizində aşıb.

Qayıqdakı 8 miqrantdan üçü boğulub həlak olub, 4 nəfər itkin düşüb. Bir miqrantın Yunanıstana çatdığı deyilir.

Son.az European-a istinadən bildirir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar Nazirliyinin (Afet ve Acil Durum Yönetimi Başkanlığı, AFAD) yaydıığı rəsmi açıqlamada belə deyilir.

Dəniz dalğaları batanlardan birinin cəsədini Türkiyə sahillərinə vurub. Həmin şəxs 6 yaşlı oğlandır.

Miqrantların Suriyadan olduqları vurğulanır.

Hazırda Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınların sayı 3,506 milyon nəfərə çatıb. Bu isə Suriyada müharibə başlayandan bəri ölkədən qaçanların yarısıdır.


Xəbərə aid fotolar