Azərbaycanın xarici dövlət borcunun miqdarı açıqlanıb


Digərləri 14 Fev 2018 17:26:00 220 0

Azərbaycanın xarici dövlət borcunun miqdarı açıqlanıb

01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar (15,978.1 milyon manat) olub.

Bakı. 01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.