Akif Əlizadə mövzuları geri qaytarmalarının SƏBƏBİNİ açıqladı


Digərləri 14 Fev 2018 17:15:00 314 0

Akif Əlizadə mövzuları geri qaytarmalarının SƏBƏBİNİ açıqladı

Elmi tədqiqat institutlarının direktorları elmə həvəsi olan gəncləri stimullaşdırmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışında deyib.

A.Əlizadə 1 ay əvvəl elan etdikləri müsabiqəyə eyni mövzuda olan layihələrin nəticələrindən narazı qaldığını da açıqlayıb:

"Akademiyanın özünün maliyyəsinin bir o qədər də çox olmadığı dövrdə elmi-texniki proqramlar üzrə respublika müsabiqəsi elan etdik. Əfsuslar olsun ki, 70-dən artıq layihə təqdim olunub, onlardan yalnız 16-sı ekspertizadan keçib. Ümumilikdə layihələr təkrar mövzular üzrə olub. Müsabiqəyə təqdim olunan layihələr o qədər innovativ olmalıdır ki, biz ona maliyyə ayıraq. Ona görə də bütün mövzuları geri qaytarırıq".