Təyyarə qəzasının gizlini


Digərləri 14 Fev 2018 17:10:00 248 0

Təyyarə qəzasının gizlini

Rusiyanın "Saratovskie Avialinii" avaişirkətinin Moskva vilayətində qəzaya uğramış An-148 təyyarəsinin səirnişinləri arasında 33 yaşlı ekstrasens İlya Stavitski də vardı.

Son.az European-a istinadən bildirir ki, Qaysk dağ-mədən kombinatının direktoru Gennadi Stavskinin oğlu olan İ.Stavski əvvəllər Ural dağ-mədən kombinatında mühəndis işləyib, sonra isə ekstrasensliklə məşğul olmağa başlayıb.

Uralda məşhur olan ekstrsens uçuşdan bir gün əvvəl evindəki "magiyalı kürə"də başına iş gələcəyi barədə xəbərdarlıq görübmüş.

"İlya narahat oldu. O, "kürə mənə çöllükdə çoxlu polis göstərir" dedi. Amma kürənin xəbərdarlığını İlya yanlış anladı, ad günündə problem yarana biləcəyini düşündü. Dedi ki, ad günün sakit, səs-küysüz keçirəcək. Halbuki kürə ona təyyarə qəzası ilə bağlı xəbərdarlıq edibmiş. Qəza yerinə getmişdim. Orada, həqiqətən də, çoxlu polis vardı", - İlya Stavitskinin nişanlısı söyləyib.


Xəbərə aid fotolar