Pensiyaları sabah günün sonunda iki aylıq artımlarla birgə almaq mümkün olacaq


Digərləri 14 Fev 2018 16:27:00 208 0

Pensiyaları sabah günün sonunda iki aylıq artımlarla birgə almaq mümkün olacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb.

Bakı. Samir Əli - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev özəl olaraq Trend-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sərəncamla əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.