Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq


Dünya 14 Fev 2018 15:25:00 48 0

Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

"Suriyanın yenidən bərpasında da iştirak edəcəyik"

Türkiyə İraqın yenidən bərpasına 5 milyard dollar kredit verəcək.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Küveytdə İraqın yenidən bərpası ilə bağlı keçirilən toplantıda bildirib.

“Bundan başqa, 50 milyard dollarlıq humanitar və inkişaf layihələrinə kredit ayıracağımızı vəd etdik”, - nazir qeyd edib.

O, İraqın şimalında Kandil dağında terrorçu PKK-ya qarşı Afrinə bənzər əməliyyatın edilməsinə dair suala belə cavab verib: “Olmalıdır. İraqın PKK, YPG və başqa terror qruplarından təmizlənməsinin əhəmiyyəti çox böyükdür. Bu məsələyə dair İraqla ilkin razılaşma əldə etmişik. İnşallah, İraqı onlardan təmizləyəcəyik. Kandillə yanaşı, Kərkük, Süleymaniyyə, Sincar da var. Terrorçular hər yerdən təmizlənməlidir. Onların olduğu yerdə əmin-amanlıq olmaz. Biz öz dağlarımızı, şəhərlərimizi terrorçulardan təmizlədiyimiz kimi, İraqı da onlardan təmizləyəcəyik. Suriyanın yenidən bərpasında da iştirak edəcəyik. Bizimlə əməkdaşlıq etmək istəyənlər Suriyanı bölmək istəyən terror qruplaşmalarına dəstəyi dayandırmalıdırlar”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İraqın bərpası üçün 1,5 milyard dollar məbləğində maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, fevralın 12-də Küveytdə İraqın yenidən bərpası ilə bağlı üçgünlük beynəlxalq konfrans işə başlayıb. Tədbirdə 70 dövlətin, Dünya Bankı, Avropa İttifaqı, BMT, humanitar və hüquq-mühafizə təşkilatlarının nümayəndələri iştirak edirlər.  

"Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb like
  • 14 Fev 15:16  
Digərləri "Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmas

arrow Ətraflı
Səudiyyə Ərəbistanı İraqa 1,5, Türkiyə 5 milyard dollar ayırır - NƏYƏ? like
  • 14 Fev 15:16  
Digərləri Səudiyyə Ərəbistanı İraqa 1,5, Türkiyə 5 milyard dollar ayırır - NƏYƏ?

Səudiyyə Ərəbistanı İraqda bərpa işlərinə 1,5 milyard dollar ayırmağ

arrow Ətraflı
Türkiyə Münhen Təhlükəsizlik konfransında iştirak edəcək like
  • 14 Fev 15:00  
Digərləri Türkiyə Münhen Təhlükəsizlik konfransında iştirak edəcək

Türkiyə Təhlükəsizlik üzrə 54-cü Münhen konfransında iştirak edəcək

arrow Ətraflı
Ander Errera, Qabi və İborra 2 il həbs cəzası ala bilər like
  • 14 Fev 14:51  
İdman Ander Errera, Qabi və İborra 2 il həbs cəzası ala bilər

İspaniyada 2011-ci ildə "Levante" və "Zaragoza" arasıneda baş tutan danış

arrow Ətraflı
ABŞ müdafiə naziri: "Bizi hədələsəniz sizin ən qara gününüz olacaq..."  FOTO like
  • 14 Fev 14:50  
Dünya ABŞ müdafiə naziri: "Bizi hədələsəniz sizin ən qara gününüz olacaq..." FOTO

ABŞ-ın müdafiə naziri, "quduz köpək" ləqəbli  general Ceyms

arrow Ətraflı