2 yaşlı uşaq qaynar qazanda yandı


Digərləri 14 Fev 2018 14:40:00 235 0

2 yaşlı uşaq qaynar qazanda yandı

Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.