Yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15,2 mindən çox müraciət cavablandırıb


Digərləri 14 Fev 2018 10:21:00 278 0

Yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15,2 mindən çox müraciət cavablandırıb

Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 12,2 faiz az olmaqla, 15.236 müraciət daxil olub.

Bakı. Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 12,2 faiz az olmaqla, 15.236 müraciət daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşların “Çağrı mərkəzləri”nə etdikləri hər bir müraciətin operativ şəkildə cavablandırılması təmin edilib. Müraciətlərin 96,7 faizi nazirliyin fəaliyyət sahələrinə aid məsələlərlə bağlı sorğulardan ibarət olub. ƏƏSMN-nin mütəxəssisləri tərəfindən bu sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. “Çağrı mərkəzləri”nə daxil olan digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticələrinə uyğun tədbirlər görülüb. Eyni zamanda, vətəndaşların məlumatlandırılması məqsədilə yanvar ayı ərzində 38.896 sms göndərilib.