Rusiyada ağır yol qəzasında iki azərbaycanlı azyaşlı yaralanıb, biri maşının şüşəsindən çıxaraq yerə düşüb


Digərləri 14 Fev 2018 08:46:00 228 0

Rusiyada ağır yol qəzasında iki azərbaycanlı azyaşlı yaralanıb, biri maşının şüşəsindən çıxaraq yerə düşüb

Uşaqlardan birinin vəziyyəti ağırdır

Rusiyanın Sankt-Peterburq vilayətinin Primorski diyarında ikisi azyaşlı olmaqla üç azərbaycanlının iştirakı ilə yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə ötən gün axşam saat 20:00 radələrində Boqatırski prospekti ilə Yaxtennaya küçəsinin kəsişməsində qeydə alınıb.

Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ" markalı avtomobil iki xarici markalı maşınla toqquşub.

Polis əməkdaşlarının Sankt-Peterburqda Uşaq Hüquqları üzrə Müvəkkil Svetlana Aqapitovaya bildirdiklərinə görə, qəzaya qarşıdan gələn maşınlara yol verməyən "VAZ"ın sürücüsü səbəb olub.