Sorğu: Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır


Dünya 14 Fev 2018 07:49:00 270 0

Sorğu: Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır

Amerikalıların 68 faizi başqa planetlərdə həyatın olduğuna inanır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Marist Institute for Public Opinion (Marist)" tədqiqat xidmətinin keçirdiyi sorğunun nəticələrində bildirilir.

Tədqiqatçılar qeyd edir ki, 2005-ci illə müqayisədə digər planetlərdə həyatın olduğuna inananların sayl 16 faiz artıb. Sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 55 faizi hesab edir ki, "yadplanetlilər bizi daha tez tapacaqlar, nəinki biz onları".

42 faizin fikrinə görə, yadplanetlilər insanlardan daha çox inkişaf edib. 31 faiz hesab edir ki, yadplanetlilər və insanlar arasında intellektual səviyyəyə görə böyük fərq yoxdur. 13 faiz bildirir ki, yadplanetlilər intellektual səviyyəyə görə insanlardan geri qalır.