Nigeriyada yol qəzası nəticəsində 22 məktəbli ölüb


Dünya 14 Fev 2018 01:03:20 268 0

Nigeriyada yol qəzası nəticəsində 22 məktəbli ölüb

Uşaqları daşıyan avtobus yük maşını ilə toqquşub

Nigeriyada avtobusla yük maşınının toqquşması nəticəsində 22 məktəbli və onları daşıyan nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Ölən uşaqlardan 12-si oğlan, 10-u isə qız olub. Daha 3 məktəbli xəsarət alıb.

Yerli "Daily Post" qəzetinin yazdığına görə, şagirdlər radiostansiya redaksiyasına ekskursiyaya gedirlərmiş.

Avtobus və yük maşını hər iki sürücünün yoldakı çalanı dövr edərək keçmək istəməsi səbəbindən toqquşub.