Yol polisi Astarada reyd keçirib
Digərləri 13 Fev 2018 23:48:00 284 0
Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən istismar müddəti bitmiş və texniki cəhətdən nasaz idarə olunan nəqliyyat vasitələrinə qarşı reyd keçirilib.
Son.az APA-ya istinadən xəbər verir ki, reyd əsasən rayonun Siyəkü və Vaqo kənd yollarında, eyni zamanda Ələt-Astara avtomobil yolunun 219-cu km-də baş tutub.
Bir neçə saat davam edən yoxlamalar zamanı 50-ə yaxın sürücü məsuliyyətə cəlb edilib.
Reyddə texniki cəhətdən nasaz, əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən olunaraq barələrində tədbir görülüb. Avtomobilləri isə cərimə meydançasına aparılıb.
Mənbə: milli.az