Rusiyalı futbolçu pulla burnunu sildi VİDEO


Digərləri 13 Fev 2018 23:31:00 241 0

Rusiyalı futbolçu pulla burnunu sildi  VİDEO

Rusiyanın "Tosno" klubunun futbolçusu Stanislav Manayev azarkeşlərin qəzəbinə tuş gəlib.

Son.az "Report"a istinadən bildirir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin komanda ilə birgə uçuş zamanı 5 min manatlıq kağız pulla burnunu silməsi və bu davranışının videosunu "Instagram" səhifəsində paylaşmasıdır.

Eyni zamanda sosial şəbəkə istifadəçiləri Manayevi həmin görüntüyə "Bu pulu ehtiyacı olanlarla verə bilərdim, amma verməyəcəyəm, çünki qripəm" formasında şərh yazmasına görə də qınayıblar. Habelə onun üzr istəməsini tələb ediblər.

Futbolçu isə videonu silib və pulun saxta olduğunu bildirib.

Qeyd edək ki, Manayev "Tosno"nun əsas heyətində oyun keçirməyib. O, əvəzedici komanda ilə 18 qarşılaşmada iştirak edib və 1 qol vurub.