Yaxşı ailə necə olmalıdır?


Digərləri 13 Fev 2018 22:45:00 512 0

Yaxşı ailə necə olmalıdır?

Yaxşı ailə - o ailədir ki, ailə üzvləri bir-birinin ehtiyaclarını təmin edərlər, nəinki bir-birinə dözərlər.

Bu, doğrudur ki, müasir texnologiya dövründə fəsad get-gedə artmaqdadır. Ancaq əgər uşaqlarımızı yaxşı tərbiyə edə bilsək və öz ehtiyaclarımızı ailədə təmin edə bilsək, bu fəsadlar bizə təsir edə bilməz. Çünki bu ailə üzvlərinin ehtiyacı olan hər şey təmin olunmuşdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, yaxşı tərbiyə almış qız övladı küçəyə çıxan zaman əgər kimsə ona desə ki, mənim səndən xoşum gəlir, ona deyər ki, necə də ədəbsiz insandır.

Məgər insan indiyə qədər görmədiyi birinə belə söz deyə bilərmi? Bu sözdən nəinki sevinməz, əksinə narahat olar.

Yaxşı ailədə böyümüş cavan oğlan heç bir qıza əyri gözlə baxmaz. Əgər kiməsə yardım lazım olarsa, onu abır və həya ilə yerinə yetirər.