Yatmazdan əvvəl bunları etməyin


Digərləri 13 Fev 2018 22:05:00 283 0

Yatmazdan əvvəl bunları etməyin

Yaxşı yuxu sağlamlığın əsas şərtlərindən biridir. Yuxu zamanı insan orqanizmi bərpa olunur, cavanlaşır.

Yaxşı yuxu insanın sinir, ürək-damar və immun sistemləri üçün xüsusilə vacibdir. Müasir insanlar arasında yuxu problemləri çox yayılıb. Bunun səbəbləri arasında bizim pis vərdişlərimizdir.

Son.az saglamolun.az-a istinadən sizə yaxşı yuxunun əsas düşmənlərini təqdim edir:

1. Yatmazdan əvvəl çimməyin. Bu bədən hərarətinin artmasına səbəb olur ki, insan yuxuya gedə bilmir. Yatmazdan ən azı 1 ,5 saat əvvəl çimin.

2. Yatmazdan əvvəl telefon, planşet və ya kompüterdən istifadə etməyin. Qəcetlərin ekranlarının göy işığı yuxu hormonu olan melatoninin ifrazını pozur.

3. Çay içməyin. Çay kofeinlə zəngindir ki, bu maddə beyini stimullaşdırır. Həmçinin çayın sidikqovucu xüsusiyyətləri var. Bu da yaxşı yuxuya mane olacaq. Alimlər yatmazdan əvvəl yarım-1 stəkan su içməyi tövsiyə edirlər ki, insult və infarktın qarşısını alır.