"Ağrıverici seks xofunu qırmaq isəyirəm"


Digərləri 13 Fev 2018 21:56:00 406 0

"Ağrıverici seks xofunu qırmaq isəyirəm"

Bir qadının on il ərzində düzgün diaqnozlaşdırılmayan seks zamanı keçirdiyi ağrılar bir pyes quruluşuna təkan verib - həmin pyes ümid verib ki, digər cinsi disfunksiyalı qadınlara kömək edilə bilər.

Təxminən bir il bundan əvvəl, aktrisa Emily Francis radioda onu gözyaşlarınadək kövrəltmiş bir əhvalat dinləyib.

"Kalistanın əhvalatı məni məyus etdi. Onun vaginasında olan problem onun həyatını məhv edib. O, əlaqədə olduğu insanla münasibətləri kəsib, depressiyaya məruz qalıb", - o, deyir.

San Francisco-da modelyer işləyən Callista BBC-nin 100 Qadın proqramına ağrıverici seksə qarşı necə çarə tapması barədə danışıb.

Callista-nın ilk dəfə 12 yaşında tampondan istifadə etmək cəhdləri vulvasında yandırıcı ağrı ilə müşayiət edilirdi.

Bundan sonra, illər ərzində o, oturduğu zaman və ya digər işləri görəndə ayaqları arasında yandırıcı ağrı hiss edib.

O deyir ki, vulvasına əli ilə toxunanda agrı elə kəskinləşib ki, sanki onu kəsib-doğrayıblar.

Emily, Callista-nın əhvalatı əsasında pyes yazıb və həmin pyesdə rol da ifa edib.

Callista nəhayət ki problemi haqqında həkimlə 20 yaşlarında danışmağa cürət etdi.

Həkim ona baxıb dedi ki, hər şey qaydasındadır, və ağrının səbəbi psixoloji ola bilər.

Psixoterapevt də ona yeni sözləri deyib.

Təxminən 25 yaşı olanda Callista bir oğlana rast gəlir və ona vurulur.

"Mən arzuladığım kimi yaşayırdım, biz evlənmək barədə düşünürdük....lakin aramızda bir "əngəl" var idi, - Callista deyir. - Sekslə məşğul olmaq mənim üçün əzaba çevrilirdi. Mən ağrını hiss etməmək üçüm bədənim keyləşənədək içirdim. Səni sevən adamla birgə yaşayanda bu, dözülməzdir. O, bununla barışa bilmədi".

Nəticədə, Callista-nın sevgilisi ilə əlaqələri kəsildi.

"Bu, çox məyusedici idi. Ürəyim partlayırdı", - o xatırlayır.

Ağrı, sevgilisi ilə onun münasibətlərini dağıtmaqla yanaşı, Callista-nı depressiyaya da salıb, ona iş yerində də işini görməyə imkan vermirdi, valideynlərilə münasibətlərinə zərbə vururdu.

Psixoloq ona demişdi ki, ağrının səbəbi onun valideynlərinin dindar olması ilə əlaqəli ola bilər, odur ki, Callista ağrılarının günahını valideynlərində də görməyə başladı.

8 ildən sonra, 20 müxtəlif həkimə özünü göstərdikdən sonra Callista nəhayət bir mütəxəssisə rast gəlir. Həmin mütəxəssis ona deyir ki, onda anadangəlmə neyroproliferativ vulvodiniya patologiyası var.

Yəni Callista-nın vulvasına açılan sinirlərin sayı orta statistik qadının vulvasındakı sinirlərin sayını 30 dəfə üstələyir, bunu isə cərrahiyə yolu körrektə etmək mümükün idi.

Callista əməliyyat olundu.

Londonda Callistanın əhvalatını dinləyən Emily bu əhvalatdan elə məyus olmuşdu ki, Callistanı tapmaq qərarına gəldi.

Emilinin yazdığı pyes əsasında tamaşa hazırda Londondakı teatrlardan birində göstərilir.

Növbəti bir neçə ay ərzində Emily və Callista Atlantika üzərindən xeyli söhbət etdilər.