Səhər acqarına 1 çay qaşığı bal yemək üçün


Digərləri 13 Fev 2018 21:05:00 362 0

Səhər acqarına 1 çay qaşığı bal yemək üçün

Balın faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.

Bal unikal məhsuldur. Düzgün saxlanan bal xarab olmur, onun yararlıq müddəti, demək olar, sonsuzdur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, arxeoloqlar qazıntılar zamanı yaşı min ildən çox olan bal tapırdı. Maraqlıdır ki, əsrlər əvvəl yığılmış bu bal xarab olmayıb və bütün faydalı xüsusiyyətlərini saxlayıb.

Qədimdə bal yara, xora və yanıqların müalicəsində çox geniş istifadə olunurdu, balın köməyi ilə soyuqdəymədən tutmuş epilepsiya və xərçəngə qədər bütün xəstəlikləri müalicə edirdilər.   

Bal həqiqətən çox güclü müalicəvi və profilaktik vasitədir. Səhər acqarına 1 çay qaşığı bal yemək xüsusilə faydalıdır.

1. Bal həm orqanizmin ümumi immunitetini, həm də ağız boşluğunun selikli qişalarının yerli immunitetini möhkəmləndirir ki, bu da bizi qripp və soyuqdəymə xəstəliklərindən qoruyur.

2. Bal bağırsaqlara antiseptik təsir edir, burada yaşayan zərərli mikrobları öldürür.