"Tanrı" kimi məşhurlaşan ulduz geri qayıtdı FOTO


Digərləri 13 Fev 2018 20:10:00 283 0

"Tanrı" kimi məşhurlaşan ulduz geri qayıtdı  FOTO

Avstraliyalı aktyor Kris Hemsvort vətənində ailəvi istirahətini başa vuraraq ABŞ-a dönüb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "Marvel"in komiksləri əsasında çəkilmiş filmlərdə "Tanrı Tor" rolundan sonra məşhurlaşan 34 yaşlı aktyor xanımı, amerikalı aktrisa Elza Pataki və övladları ilə birlikdə Avstraliyanın cənubundakı Kenqurular Adasında və Barossa vadisində dincəliblər.

Kris xanımı Elza və üç övladı - 4 yaşlı qızı İndia Rouz, 3 yaşlı əkiz oğulları Tristan və Saşa ilə birlikdə özəl helikopterə əyləşərək kurortu tərk ediblər.


Xəbərə aid fotolar