Beynəlxalq Muğam Mərkəzində “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub (FOTO)


Digərləri 13 Fev 2018 20:00:00 220 0

Beynəlxalq Muğam Mərkəzində “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub (FOTO)

Tamaşa, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində reallaşıb.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ( “Sabah” qrupu) - aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri tərəfindən Gilyerme Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub. Trend-in məlumatına görə, tamaşa, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində reallaşıb. 1915-ci ildə Braziliyada doğulan Gilyerme Fiqeyredo yaradıcılığına 1940-cı ildən teatr və ədəbiyyat tənqidçisi kimi başlayıb. 1948-ci ildə ilk pyesini-“Ledi Qodiva”komediyasını və “Ümumi tətil” dramını, 1952- ci ildə o özünün ən məhşur əsəri “Ezop” komediyasını yazıb. Onun bir çox pyesləri qədim yunan mifləri və süjetləri əsasındadır. Ezop məşhur Yunan şairidir. O,bizim eramızdan əvvəl VII əsrdə yaşayıb.