"Baxıb dedi ki, bu nə filmdir?" Murad Dilarə ilə duetindən danışdı VİDEO FOTO


Şou-biznes 13 Fev 2018 19:37:00 255 0

"Baxıb dedi ki, bu nə filmdir?"  Murad Dilarə ilə duetindən danışdı  VİDEO  FOTO

Son.az bildirir ki, ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibləri müğənni Murad Arif və Dilarə Kazımova olub.

Müğənni və bəstəkar Murad Arif ilk olaraq yeni işindən söz açıb:

"Demişəm başqalarına yazmayacam. Duet oxumayacam deməmişəm. Duet özümündür. Dilarəylə mənim duetimdir. Başqalarına mahnı yazmıram. Dilarəylə bir yerdə hesab etdim ki, 14 fevralın öz mahnısı olsun, "Yalnız səni gözlədim". 3 illik gözləntidən sonra axır ki, işıq üzü gördü.Duet ortağı axtarırdım. Mahnını dinlədim gözümün qabağında Dilarənin obrazı canlandı. Pərişan, dağınıq saçları, rokla bağlı keçmişi bu mahnını tamamladı".

Murad müğənni həmkarları tərəfindən ona ancaq fantastik təkliflər olarsa, mahnı bəstələyib verəcəyini də bildirib:

"Sözümün üstündə durmuşam, hələlik yazmıram. Dəhşətli təklif olarsa, düşünərəm. Amma inanmıram. Ehtiyac da yoxdur. Özüm oxuyuram, effektini də görürəm. Mənə başqa nə lazımdır? İstəyirəm ilə 2- 3 klip çəkim. "Yalnız səni gözlədim" çıxdı Dilarəylə. Ardınca "Qızım" mahnısı çıxacaq. Oda klipiylə olacaq. Ondan sonra üçüncü mahnı gəlir yaya yaxın. Görürsünüz 4 aya üç klip çıxardıramsa, bu, yaxşıdır".

Murad və Dilarə eyni geyimlərindən söz açaraq, bunu əvvəldən planlaşdırmadıqlarını vurğuladılar:

Murad Arif: "Gördüyünüz kimi geyimlərimiz də uyğundur. Danışmamışıq heç".

Dilarə Kazımova: "Bu gün çəkilişim vardı deyə belə qara geyinmişəm. Təsadüfi olaraq ikimiz də belə geyinmişik".

Murad Arif:  "Açığı bir az kilo almışam. Zülfiyyə Xanbabayeva sayağı xalatlarla gəzirəm. Bir az özümü qaydaya salım, istədiyim kimi geyimlərlə gəzəcəm".

Müğənnilər yeni mahnılarını 14 fevral öncəsi "Sevgililərin himni" etmək istəklərindən də .

Dilarə Kazımova: "Biz bu mahnını ona görə belə tələsik etdik ki, istədik 14 fevrala çatsın və sevgililərin himni olsun. Cütlük seçəcəyik və ən gözəl video bizdən hədiyyə alacaq".


Xəbərə aid fotolar