11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı


Digərləri 13 Fev 2018 18:01:00 316 0

11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı

Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. Müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası - Exinokokk vardır. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparıldı. 

Son.az medicina.az-a istinadən xəbər verir ki, uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacardı. 

Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.


Xəbərə aid fotolar