Kiyevdə BOMBA həyəcanı


Dünya 13 Fev 2018 17:32:00 287 0

Kiyevdə BOMBA həyəcanı

Kiyevdə anonim zəngdən sonra məhkəmə binası təxliyə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, günorta saatlarında polis idarəsinə şəhər məhkəmə binasına bomba qoyulması barədə zəng daxil olub.

Zəngdən dərhal sonra 200-ə yaxın şəxs binadan çıxarılıb və axtarışlar aparılıb.

Aparılan yoxlamalar nəticəsində binada partlayıcı maddə aşkar edilməyib.