Tacikistan səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənir


Digərləri 13 Fev 2018 17:30:00 205 0

Tacikistan səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycan təcrübəsini öyrənir

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin səhiyyə və əhalinin sosial müdafiəsi naziri Olimzoda Nasim arasında görüş keçirilib.

Bakı. Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə ilə bu ölkənin səhiyyə və əhalinin sosial müdafiəsi naziri Olimzoda Nasim arasında görüş keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanan görüşdə ölkələrimiz arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın müxtəlif spektirləri müzakirə olunub. Tacikistanlı nazir Azərbaycanın son illərdə tibb sahəsində əldə etdiyi uğurlar, xəstəxana və diaqnostika mərkəzlərinin tikildiyi, həmin tibb ocaqlarının ən yeni tibbi avadanlıqlarla təchiz olunduğu haqqında məlumatlı olduğunu bildirib. Azərbaycanın səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əldə etdiyi təcrübənin öyrənilməsinə Tacikistan tərəfinin xüsusi əhəmiyyət verdiyi qeyd olunan görüşdə ölkəsinin bir çox aparıcı sahələrinin mütəxəssislərinin məhz Azərbaycanın təcrübəsindən yararlanmaqda maraqlı olduğunu qeyd edib.