Türkiyəli millət vəkili 5 il 10 ay azadlıqdan məhrum edilib


Dünya 13 Fev 2018 16:32:23 274 0

Türkiyəli millət vəkili 5 il 10 ay azadlıqdan məhrum edilib

Məhkəmə ictimai təhlükəsizlik səbəbindən qapalı keçirilib

İstanbul Bölgə Məhkəməsi Cümhurriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlunun 5 il 10 ay azadlıqdan məhrum edilməsi barəsində hökm çıxarıb.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, məhkəmə ictimai təhlükəsizlik səbəbindən qapalı keçirilib.

Enis Berberoğlu “dövlətin təhlükəsizliyi, daxili və xarici siyasətə yararlığı baxımından gizli qalması vacib olan məlumatları açıqlamaqda” təqsirli bilinib.