Avtomobillərdən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb


Digərləri 13 Fev 2018 16:21:00 211 0

Avtomobillərdən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb

Siyəzəndə ötən il törədilən oğurluq hadisələrinin üstü açılıb.

Bakı. Samir Əli - Siyəzəndə ötən il törədilən oğurluq hadisələrinin üstü açılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb. Siyəzən rayon sakini ötən ilin sentyabr ayının 17-də RPŞ-nə müraciət edərək, ona məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 870 Azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.