Azərbaycan və Gürcüstan parlamentinin komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb


Digərləri 13 Fev 2018 15:58:00 252 0

Azərbaycan və Gürcüstan parlamentinin komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb

Fuad Muradov Tbilisidə Gürcüstan parlamentinin Gənclər və idman komitəsinin sədri Mixeil Kavelaşvili ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bakı. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Tbilisidə Gürcüstan parlamentinin Gənclər və idman komitəsinin sədri Mixeil Kavelaşvili ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Trend-in məlumatına görə, bu barədə komitə sədri özünün "twitter" səhifəsində yazıb. Deputat komitələr arasında əməkdaşlıq memorandumunun imzalanmasını əhəmiyyətli adlandırıb: “Bu sənədin imzalanması ilə komitələr arasında əməkdaşlıq daha sıx olacaq”. M.Kavelaşvili öz növbəsində Gürcüstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini bildirib: “Memorandum parlament komitələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin