Aktiv əmək bazarı proqramları sahəsində BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlıq müzakirə olunub (FOTO)


Digərləri 13 Fev 2018 15:14:00 207 0

Aktiv əmək bazarı proqramları sahəsində BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlıq müzakirə olunub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktorunun müavini Rastislav Vrbenski ilə görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktorunun müavini Rastislav Vrbenski ilə görüş olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, onun müavini Alessandro Frakassetti, habelə Proqramın ayrı-ayrı nümayəndələri də iştirak edib. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək resurslarının məşğulluq imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb, ölkəmizin əmək bazarında mövcud inkişaf meyillərini diqqətə çatdırıb. Nazir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, həmçinin 8-ci Məqsədə uyğun olaraq, inklüziv və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi şəraitində hər kəs üçün tam və məhsuldar məşğulluq imkanlarının yaradılması sahəsində respublikada aparılan işləri və əldə olunmuş nailiyyətləri qeyd edib. Əmək və sosial müdafiə sahələrində aparılan islahatlardan bəhs edən nazir bu sahələrdə İKT-nin tətbiqi nəticəsində elektron infrastrukturun yaradıldığını, müasir idarəetmə və şəffaf xidmətlər sisteminin qurulduğunu diqqətə çatdırıb: “Milli sosial müdafiə sisteminin təkmilləşdirilməsi, xüsusən ölkəmizdə müasir sığorta-pensiya sisteminin qurulması yönündə aparılan islahatlarda BMT İnkişaf Proqramı ilə fəal əməkdaşlıq təcrübəmiz vardır. Hazırda bu əməkdaşlıq gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi vacib sahədə davam etdirilir. BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin qabaqcıl beynəlxalq təcrübədən irəli gələn SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası əsasında müasir üsullar, innovativ metodlar əsasında iş axtarışı bacarıqlarına yiyələnmələrində önəmli rol oynayır. Bu məqsədlə son illərdə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonlarında SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə təlimlərə cəlb olunmuş gənclərdən 85 faizi təlimlər zamanı müasir və səmərəli metodlar əsasında iş axtarışı üzrə yiyələndikləri bacarıqlar müqabilində qısa müddətdə ayrı-ayrı müəssisələrdə münasib işlərlə təmin olunublar”. S.Müslümov ölkəmizdə aktiv əmək bazarı proqramları, aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarının yaradılması üçün icra olunan özünüməşğullluq proqramı və onun perspektivləri barədə də məlumat verib: “Əlilliyi olan şəxslərin də bu proqramda iştirakına şərait yaradılıb. Proqram çərçivəsində ötən il kiçik ailə təsərrüfatları yaradılan şəxslərin 64 nəfəri məhz bu kateqoriyadan olan insanlardır. Cari ildə özünüməşğullluq proqramının əhatə etdiyi şəxslərin sayı dəfələrlə genişlənəcək və digər müvafiq şəxslərlə yanaşı, əlilliyi olan şəxslərin də həmin proqrama cəlb olunması işləri davam etdiriləcək”.