"Vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir"


Digərləri 13 Fev 2018 14:55:00 269 0

"Vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir"

Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var: "Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma "vergi ödəyicisinə göstərilən xidmətlər" anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir. Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birinci müsbət qarşılanırsa, ikincisini cinayət sayırıq və onun cəzasının qaçılmaz olduğunu təmin etmək üçün əlimizdən gələni edəcəyik".

Nazir qeyd edib ki, bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir. "Bu vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərinin olduğunu əks etdirməklə bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcək. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. İzahat işi aparacağıq ki, qanuna riayət etməklə yaşamaq daha sərfəli və şərəflidir, nəinki qanunu pozmaqla yaşamaq. Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı hüquqları da var. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır", - deyə M.Cabbarov vurğulayıb.