Qadınların satıldığı otelin sahibləri qaçdılar VİDEO FOTO


Digərləri 13 Fev 2018 14:46:00 312 0

Qadınların satıldığı otelin sahibləri qaçdılar  VİDEO  FOTO

"Ocean Massage" bir zamanlar Taylandın paytaxtı Baqkokdakı ən böyük bordellərdən biri idi.

Lakin bu əxlaqsızlıq məkanının sahibləri polis təqiblərindən qurtulmaq üçün ölkədən qaçandan sonra "Ocean Massage" boş qalıb qalıb.

Son.az AsiaOne-a istinadən bildirir ki, 6 mərtəbəli "istirahət mərkəzi"ndə gecə klubu, kafe, açıq hovuz, trenajor zalı, sauna və 100 otaq var.

Qonşuluqdakı oteldə polislər reyd keçirəndən sonra "Ocean Massage"nin sahibləri ölkədən qaçıblar,

Taylandda son vaxtlar insan alverçilərinə və əxlaqsızlıq məkanlarının sahiblərinə qarşı genişmiqyaslı reydlər başlanıb.

Yanvarın 12-də "Ocean Massage"ın qonşuluğundakı "Victoria Secret" bordelinə polislər basqın etmişdilər. Həmin bordeldə 100 qadın fahişə qismində çalışırdı.