Türkiyə daha bir kəndi terrorçulardan azad etdi


Dünya 13 Fev 2018 13:49:06 242 0

Türkiyə daha bir kəndi terrorçulardan azad etdi

Ordu qərargahından verilən məlumata görə, 25 gün ərzində 1439 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 25 gündür davam edir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə bu gün daha bir kəndi terrorçulardan azad edib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Ömer Simo kəndini tutublar.