Gəncədə məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü


Digərləri 13 Fev 2018 13:35:00 230 0

Gəncədə məktəbli ürəyindən bıçaqlanaraq öldürüldü

Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, 11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb.

E. Bağırov xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib. Onun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.