Formula 1 qrupunun direktoru: Biz çalışmalıyıq ki, insanları Bakıya gəlməyə cəlb edək


Digərləri 13 Fev 2018 10:56:00 228 0

Formula 1 qrupunun direktoru: Biz çalışmalıyıq ki, insanları Bakıya gəlməyə cəlb edək

"Biz Bakı ilə səmərəli əməkdaşlıq edirik və gələcəkdə bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".

Bakı. Elçin Mehdiyev – "Biz Bakı ilə səmərəli əməkdaşlıq edirik və gələcəkdə bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik". Trend-in məlumatına görə, bunu “Formula 1 group” şirkətinin baş icraçı direktoru Çeys Kerri Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib. Ç.Kerri bildirib ki, dünyada milyonlarla insan Formula 1 yarışlarını televiziya, internet və digər rəqəmsal kanallar vasitəsilə izləyir: “Biz Bakı üçün elə bir platforma yaratmalıyıq ki, Bakı bundan böyük fayda götürsün. Ötənilki yarışma həyəcanlı idi və çalışırıq ki, budəfəki yarışda həyəcanı artıraq. Biz çalışacağıq ki, insanlar yarışlardan daha böyük zövq alsınlar”.