Ötən gün ölkə ərazisində 30 nəfər saxlanılıb


Digərləri 13 Fev 2018 09:10:50 252 0

Ötən gün ölkə ərazisində 30 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 20-si "isti izlər"lə açılıb.

Son.az-a DİN-in mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.